Pilot uçmaq üçün sərnişinlərdən pul istədi – VİDEO
İraq Hava Yollarına məxsus sərnişin təyyarəsi yanacağın pulunu ödəmədiyi üçün Tunisdə aeroportdan uçuşuna icazə verilməyib.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bunu görə pilot səfərin gerçəkləşməsi üçün sərnişinlərdən pul istəyib. 3 min dollar ehtiyacı olan pilotun bu istəyi isə heç də xoş qarşılanmayıb. Uçuş qadağasının aradan qaldırılmasını tələb edən sərnişinlər yerlərindən tərpənbəyiblər. İraqın Hava Yolları şirkəti məsələ ilə bağlı heç bir addım atmadığından ölkənin Tunisdəki səfirliyi hərəkətə keçib.
Lazımi məbləğ ödənildikdən sonra təyyarənin uçuşuna icazə verilib.
1news.az
821