Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb | 1news.az | Xəbərlər
Dünya

Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb

17:06 - 08 / 08 / 2019
Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı evi ətrafında növbəti əmliyyat başlayıb.

1news.az Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, əməliyyata cəlb edilən 200 nəfərədək polis əməkdaşı səsli və işıqlı qumbaralar və bibər qazı tətbiq edir, qarşı tərəf isə daş və Molotov kokteyli atır.

Paytaxtın 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən A.Atambayevin evinə tərəf üç “KamAZ” maşını, beş avtobus və iki mikroavtobus polis yeridilib.

Bundan əvvəl şəhərdə prezident Sooronbay Jeenbekovun istefası tələbi ilə aksiya keçirməyə hazırlaşan Atambayevin tərəfdarları baş verənlərdən xəbər tutaraq Koy-Taşa üz tutub.

1news.az

 

Paylaş:
664

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər