Yaponiyada uçan avtomobil test edilib
Hazırkı texnologiyada uçan nəqliyyat vasitələri artıq təxəyyül deyil. İlk cəhdini keçən həftə müvəffəqiyyətlə həyata keçirən NEC şirkətinin uçan aparatı yerdən 3 metr yüksəkliyə qalxa bildi və bu görüntülər qeyd edildi.
1news.az chip.az-a istinadən bildirir ki, NEC texnologiya şirkəti "Gələcəyə Qayıt" filmindən xatırladığımız uçan avtomobil konsepsiyası üzərində işləyir. Bu gün uçan avtomobilin prototipi Yaponiyada təxminən bir dəqiqə sınaqdan keçirildi. Avtomobil sınaq dövründə yerdən 3 metr yüksəklikdə havada qalıb.
Tokioda fəaliyyət göstərən qlobal texnologiya şirkəti olan NEC tərəfindən istehsal olunan ilk prototip adi avtomobildən daha çox təyyarəyə bənzəyir. Onun yerdən qalxması üçün 4 pervanesi var.
Avtomobil, şirkətin Tokiodakı obyektində sərnişin olmadan yerdən təxminən 3 metr yuxarı qalxaraq görüntüləri YouTube-da paylaşıldı.
Bu yeni texnologiya hələ də batareyalar və təhlükəsizlik baxımından bir sıra problemlərə sahibdir, lakin bu nəqliyyat vasitələrində olan "elektrik şaquli uçuş və enmə" texnologiyasının helikopterlərə nisbətən daha ucuz, daha sakit və daha əlçatan olması nəqliyyat vasitələrinin gələcəyi üçün faydalıdır. Vasitənin yük daşınması və ya əyləncə üçün səyahətdə istifadə edilə biləcəyi də ehtimal edilir.
Şirkət rəsmisi Ishiguro-nun sözlərinə görə, yüklərin paylanması 2023-cü ildə başlayacaq və uçan nəqliyyat vasitələri 2030-cu illərdə gündəlik səyahət məqsədi ilə istifadə ediləcək. Uçan avtomobil nəqliyyat vasitələrinin istifadəsinin önümüzdəki illərdə həyata necə təsir göstərəcəyi hələ məlum deyil, lakin şirkətin dediyi kimi bu inqilabi bir yeniliyin başlanğıcı ola bilər.
1news.az