Saatın içindən çinlilərin qul kimi saxladığı adamın məktubu çıxdı
Rusiyanın Ulan-Ude şəhərinin sakini bir müddət əvvəl aldığı saatın batareyasını dəyişmək istərkən orada qəribə ifadələrə rast gəlib. Kiçik məktubda Çində qul həyatı yaşayan adam kömək istəyir.
1news.az Bizimyol.info-ya istinadən xəbər verir ki, köməyə çağıran insan ifadələri rus dilində yazıb. Tərcüməsi belədir: “Kömək edin. Çinlilər qul kimi saxlayır. Məni zirzəmidə saxlayırlar”. Sonda telefon nömrəsi də göstərilib.
Saatın sahibi həmin nömrəyə zəng vursa da, heç kimlə danışa bilməyib. Telefon nömrəsinin Novosibirsk şəhərində istifadə olunduğu ehtimal edilir.
Saat Ulan-Udedə “Galaxy” ticarət mərkəzində “Rich Mongolia” mağazasından alınıb. Polis məsələni araşdıracaq.
1news.az
793