Qarabağdakı separatçı rejiminin "xarici işlər naziri" "prezident olmaq istəyir | 1news.az | Xəbərlər
Ermənistan

Qarabağdakı separatçı rejiminin "xarici işlər naziri" "prezident olmaq istəyir

13:04 - 14 / 08 / 2019
Qarabağdakı separatçı rejiminin "xarici işlər naziri" "prezident olmaq istəyir

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılan separatçı rejimin “xarici işlər naziri” Masis Mailyan Qarabağ separatçılarının “rəhbəri”kürsüsü uğrunda mübarizəyə qoşulur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  Mailyan “seçkidə” iştirakı ehtimalını istisna etmir.

Məlumata görə, o, “namizədliyini” irəli sürmək üçün İrəvandan müsbət siqnallar alıb.

“Samvel Babayan və Araik Harutyunyanla təkbətək görüş Ermənistan hakimiyyətində şübhə yaratmağa başlayıb. Onlar hər an anlaşmaya gedə bilərlər ki, buna görə də ehtiyat namizəd zərurəti ortaya çıxıb.

Xüsusilə nəzərə alsaq ki, Mayilyan həm hazırkı “prezident” Bako Saakyanın dəstəyini ala bilər,  eyni zamanda Harutyunyan-Babayan görüşündən məyus olmuş elektoratı öz tərəfinə cəlb edə bilər, bu, halda onun qalib gəlmək şansı var”.

P.Sultanova

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər