Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir

15:20 - 15 / 08 / 2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir

Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir. 

1news.az erməni KİV-nə istinadla xəbər verir ki, avqustun 15-də Amulsar qızıl mədənində aparılan işlərin ətraf mühitə zərərli təsirinə etiraz edən ölkə vətəndaşları Yerevandakı hökumət binasının qarşısına toplaşıblar. Nazirlər Kabinetinin iclasının davam etdiyi bir vaxtda onlar öz nümayəndələrinin içəri buraxılmasını tələb ediblər. Əraziyə cəlb olunan polislərlə aksiya iştirakçıları arasında gərginlik meydana gəlib.

Etirazçılar bəyan ediblər ki, hökumətin guya Livan şirkətinin ekspertləri tərəfindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib. Onların sözlərinə görə, Ermənistanın İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayıb. Ekoloq Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib olunmayıb və qızıl yataqların işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb.

Polis hökumət binasına zorla daxil olmaq istəyən aksiya iştirakçılarının qarşısını alıb və bildirib ki, bu ərazi xüsusi mühafizə olunan obyektdir. Hazırda qanun keşikçiləri ilə etirazçılar arasında qarşıdurmanın davam etdiyi bildirilir.

1news.az

 

Paylaş:
805

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər