Nazarbayev öz mahnısı üçün klip çəkdirib - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Nazarbayev öz mahnısı üçün klip çəkdirib - VİDEO

13:57 - 20 / 08 / 2019
Nazarbayev öz mahnısı üçün klip çəkdirib - VİDEO

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib.

1news.az xəbər verir ki, video Nazarbayevin “Instagram” səhifəsində paylaşılıb.

Nazarbayevin sözlərini yazdığı mahnının musiqisini Altınbek Korazbayev bəstələyib.

N.Nazarbayevin zümzüməsi ilə başlayan mahnı arxa fonda peşəkar sənətçilər tərəfindən ifa edilir.

“Mən bir çox ölkələrdə olmuşam. Ancaq onlardan heç birini doğma Qazaxıstan torpağımla, Alatau ətəyindəki üç təpə ilə müqayisə etmək olmaz. Uşaqlığım burada keçdi, köklərim buradadır", - mahnının sözlərində deyilir.

Qeyd edək ki, 78 yaşlı sabiq prezident Nazarbayev bu ilin martın 19-da dövlət başçısı vəzifəsindən istefa verib.

1news.az

Paylaş:
678

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər