Məhkəmə Atambayevin oktyabrın 26-dək həbsdə qalmasına dair qərar verib | 1news.az | Xəbərlər
Dünya

Məhkəmə Atambayevin oktyabrın 26-dək həbsdə qalmasına dair qərar verib

14:07 - 20 / 08 / 2019
Məhkəmə Atambayevin oktyabrın 26-dək həbsdə qalmasına dair qərar verib

Bu gün Bişkekin Birmay məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edib.

1news.az  xəbər verir ki, bu haqda keçmiş prezidentin vəkili Sergey Slesarev məlumat verib. O deyib ki, Atambayev qanunsuz olaraq həbs edilib və onun azad edilməsi ilə bağlı yuxarı instansiyalara müraciət ediləcək.

Xatırladırıq ki, sabiq prezident avqustun 8-dən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi ixtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladırıq ki, Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

1news.az

Paylaş:
604

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər