Ərdoğan Rusiyada səfərdədir | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan Rusiyada səfərdədir

15:27 - 27 / 08 / 2019
Ərdoğan Rusiyada səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərə gedib.

1news.az Türkiyə mediasına istinadla xəbər verir ki, səfər bir gün nəzərdə tutulub.

Prezidenti müşayət edən nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayraq, milli müdafiə naziri Hülusi Akar, sənaye və texnoloji naziri Mustafa Vərənk, Prezident Administrasiyasının xarici əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sözçüsü İbrahim Kalın daxildir.

Səfər çərçivəsində Türkiyə və Rusiyanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin MAKS-2019 beynəlxalq hava nəqliyyatı və fəza sərgisinin açılış mərasiminəqatılıblar. 

Həmçinin, təkbətək və geniş tərkibli görüşlərdə Ərdoğan və  Putin iki ölkə arasındakı əlaqələr, Suriya daxil olmaqla bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.

1news.az

Paylaş:
488

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər