Paşinyanın blokundan olan deputat istefa verdi
“Mənim addımım” hakim parlament fraksiyasının deputatı Edqar Arakelyan mandatdan imtina edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Arakelyan bu qərarın səbəblərinin siyasi deyil, şəxsi olduğunu bildirib.
“Çox düşündükdən sonra mandatdan imtina etmək qərarına gəldim. Qərarı şəxsən özüm qəbul etmişəm, heç kim məni buna məcbur etməyib. Səbəblər sırf şəxsi xarakter daşıyır”, Arakelyan deyib.
Onun sözlərinə görə, siyasətlə məşğul olan bir insana siyasətlə məşğul olmaq üçün lazım olan keyfiyyətlər verilməlidir:
“Mən bu fəaliyyətlə məşğul olmaq üçün ən vacib xüsusiyyətlərə sahib olmadığıma tam əminəm. Bu addımımla xəyal qırıqlığı və digər mənfi hisslər yaşadacağım insanlardan, xüsusən qohumlardan üzr istəyirəm.
Bir daha vurğulayıram ki, bu, mənim şəxsi qərarımdır, Amulsar mədəninin mümkün istismarına, İstanbul Konvensiyasının ratifikasiyasına və ya digər proseslərə qarşı demarş deyil. Baxmayaraq ki, zaman baxımından bunlar üst-üstə düşə bilər. Çox güman ki, erkən parlament seçkilərindən əvvəl məşğul olduğum işlərimi davam etdirəcəyəm".
Xatırladaq ki, Arakelyan etiraf etməsə də, Amulsarla bağlı hakim parlament koalisiyasında ciddi fikir ayrılıqlarının yarandığı barədə Ermənistan mətbuatı məlumatlar dərc edib. Hətta bu məsələnin hakim fraksiyanı parçalaya biləcəyi də istisna edilmirdi.
P.S.