Ərdoğan: Dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq

14:09 - 05 / 09 / 2019
Ərdoğan: Dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq

Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır.

1news.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsində kömək etməlidir:

“Ya siz bizə təhlükəsizlik zonası məsələsində dəstəkləməlisiniz, ya da biz sərhəd keçidlərimizi açmaq məcburiyyətində qalacağıq. Ya siz bizə kömək edirsiniz, ya da heç kim atdığı addıma görə peşman olmamalıdır. Biz 1 milyon qaçqını təhlükəsizlik zonasında yerləşdirmək istərdik”.

1news.az

Paylaş:
390

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər