İgityan AŞPA nümayəndə heyətindən çıxarılır
Hovanes Igityan AŞPA-dakı Ermənistan nümayəndə heyətinin tərkibindən çıxarılır.
1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Məlumata görə, buna səbəb onun AŞPA-nın 2019-cu ilin iyununda Rusiya nümayəndə heyətinin geri qaytarılması ilə bağlı keçirilən səsvermədəki davranışıdır.
Belə ki, Ermənistan nümayəndə heyəti Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib. Lakin nümayəndə heyətinin rəhbəri, millət vəkili Ruben Rubinyan səhvən əleyhinə səs verib, İgityan isə səsvermədə iştirak etməyib.
Nəşrin yazdığına görə, onun davranışı Rusiyanın hakim dairələrində yaxşı qarşılanmayıb. Bundan çıxış edərək Ermənistanın hakim siyasi qüvvəsi ("Mənim addımım" bloku) İqityanı nümayəndə heyətinin tərkibindən çıxarmaq qərarına gəlib.
P.S.