Bakılı Sankt-Peterburqun qubernatoru seçilib | 1news.az | Xəbərlər
Dünya

Bakılı Sankt-Peterburqun qubernatoru seçilib

16:58 - 09 / 09 / 2019
Bakılı Sankt-Peterburqun qubernatoru seçilib

Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru seçilib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən A. Beqlov 64,47 faiz səslə irəlidədir.

Sankt-Peterburqda artıq seçki protokollarının 98,93 faizi sayılıb.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də qələbə münasibətilə A.Beqlovu təbrik edib.

Qeyd edək ki, A.Beqlov 1956-cı ildə Bakı şəhərində anadan olub.

S.Xankişiyeva

 

Paylaş:
6032

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər