Rusiya səfiri: Bu, Ermənistanın daxili işidir
“Amulsar” qızıl yatağı ətrafındakı vəziyyət Ermənistanın daxili işidir.
1news.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Mənim bildiyim qədər burada heç kimin bu məsələnin bütün amillər nəzərə alınmaqla həll edilməsinə şübhəsi yoxdur. Nə Ermənistanın işgüzar nüfuzu, nə də ətraf mühit zərər görməməlidir. Fikrimcə bu, Ermənistanın daxili məsələsidir”, deyə səfir əlavə edib.
Onun sözlərinə görə, Ermənistan hökuməti və xalqı düzgün qərar vermək üçün kifayət qədər düzgün qərar vermək imkanına malikdir.
Xatırladaq ki, baş naziri Nikol Paşinyan Facebook-da Cermuk sakinlərindən “Amulsar”a aparan yolların açılmasını istəyib O bildirib ki, “Amulsar” yatağda işlər 2020-ci ilin aprelinə qədər başlamayacaq.
P.S.