Tovuzda güllələnən sabiq məhkəmə sədri vəfat etdi – FOTO

Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
S.Xankişiyeva