Ermənistan İsraildə səfirlik açır - Mnatsakanyan | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan İsraildə səfirlik açır - Mnatsakanyan

12:06 - 19 / 09 / 2019
Ermənistan İsraildə səfirlik açır - Mnatsakanyan

Ermənistan hökuməti İsraildə səfirlik açmaq barədə qərar qəbul edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan BMT Baş Assambleyasının Qüdsü İsrailin paytaxtı olaraq tanımayan qətnaməsinə qoşulan ölkələrdən olduğu üçün səfirlik Təl-Əvivdə açılacaq.

Mnatsakanyan onu da bildirib ki, Ermənistanda İsrail səfirliyinin açılması üçün də  danışıqlar aparılır.

P.Sultanova

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər