Vanetsiyan Paşinyana cavab verdi: Zaman kimin zibillikdə olduğunu göstərəcək | 1news.az | Xəbərlər
Ermənistan

Vanetsiyan Paşinyana cavab verdi: Zaman kimin zibillikdə olduğunu göstərəcək

15:49 - 23 / 09 / 2019
Vanetsiyan Paşinyana cavab verdi: Zaman kimin zibillikdə olduğunu göstərəcək

Zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək.

1news.az “Tert”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsindən istefa vermiş Artur Vanetsyan  baş nazir Nikol Paşinyanın onun davranışını “bu, paqonları zibil qutusuna atmaq deməkdir” ifadəsinə cavab olaraq bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında yenə də az bildiyi məsələlər barədə danışıb. İstefa verməyimə baxmayaraq, Paşinyan yanıma adamlar göndərərək, vəziyyətin sakitləşməsi üçün susmağımı istədi. Ancaq görürəm ki, o növbəti dəfə anlaşmanı pozaraq, anlaşılmayan, populist bəyanatlar verib. Aydındır ki, ictimai əhval-ruhiyyəyə qısamüddətli təsir göstərmək istəyində olan Nikol Paşinyan yenə də sözlərinin nəticələri barədə düşünmür. Təsəvvür edin ki, birdən mən nəticələri düşünmədən danışmağa başlasam nə olar?", deyə Vanetsiyan vurğulayıb.

O daha sonra deyib: "Yaxşı, nə vaxtadək ictimaiyyətə yalan danışıb, “bizimlə olmayanlar - milləti satanlardır” tezisini irəli sürəcək? Baş nazir onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır. Yenə təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”.

Vanetsiyan  Paşinyanı Konstitusiyanı bilməməkdə də ittiham edib. Deyib ki, bu qanuna əsasən, müharibə şəraiti olmayanda baş nazir ali baş komandan səahiyyətini daşımır: "İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu başa düşəcək. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”.

Qeyd edək ki, Artur Vanesyan sentyabrın 16-da istefa verib. Onun bununla bağlı bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də sonra silinib.

Los-Anselesə səfəri zamanı Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Vanetsyanı ciddi tənqid edib, onun davranışının zabit paqonlarını zibil qutusuna atmaq kimi dəyərləndirib. Əlavə edib ki, sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi.

Xatırladaq ki, Vanetsyan həmin bəyanatında Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer alıb.

P.S.

 

 

 

 

Paylaş:
839

Son xəbərlər

Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11
Bütün xəbərlər