Paşinyan Vanetsyanın istefasından danışdı: Bu, paqonları zibil qutusuna atmaq deməkdir | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Vanetsyanın istefasından danışdı: Bu, paqonları zibil qutusuna atmaq deməkdir

10:28 - 23 / 09 / 2019
Paşinyan Vanetsyanın istefasından danışdı: Bu, paqonları zibil qutusuna atmaq deməkdir

Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelsdə keçirdiyi mətbuat konfransında Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefasını şərh edib.

1news.az xəbər verir ki, Paşinyan Vanetsyanın öz postundan istefası ilə bağlı açıqlamasının Ermənistan silahlı qüvvələrinə hörmətsizlik olduğunu deyib.

"Bəyanatında cənab Vanetsyan zabit şərəfindən danışdı. Ancaq Milli Təhlükəsizlik Xidmətinin de-yure direktoru olaraq, əslində, Ali Baş komandanına qarşı bir bəyanat verir və zabit şərəfinə bundan artıq hörmətsiz münasibət ola bilməz", baş nazir əlavə edib.

Paşinyanın sözlərinə görə, o, bu açıqlamanın əvvəlcə MTX-nin saytında yerləşdirildiyindən xəbərsiz olub. O düşünüb ki, fərman imzalandıqdan sonra Vanetsyan açıqlama verib.

"Və zabit bunu etdi. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, paqonların zibil qutusuna atmaq deməkdir", Paşinyan vurğulayıb.

Əlavə edib ki, yeni Ermənistan hökuməti o hökumət deyil və Ermənistan belə bir halın baş verəcəyi ölkə deyil:

"Bu, Ermənistan Silahlı Qüvvələrinə hörmətsizlikdir. Mən çox şadam ki, erməni ictimaiyyəti bu hadisəyə çox dəqiq qiymət verdi".

Xatırladaq ki, sentyabrın 16-da Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefasını elan edib. Sentyabrın 19-da isə  Ermənistan prezidenti MTX direktorunun birinci müavini Eduard Martirosyanı strukturun müvəqqəti rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

P.S.

 

Paylaş:
1247

Son xəbərlər

Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02
Bütün xəbərlər