Paşinyanın reytinqi azalmaqda davam edir - SORĞU
Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi azalmaqda davam edir.
1news.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.
Məlumata görə, bu yaxınlarda sosial şəbəkədə növbəti sorğu keçirilib və nəticələr Paşinyanın reytinqinin kəskin düşdüyünü göstərib.
“Hakimiyyət vaxtaşırı daxili istifadə üçün gizli sorğular keçirir. Sosial şəbəkədə vətəndaşlar arasında keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən baş nazirin reytinqi azalaraq 25% -ə düşüb.
Ancaq əldə etdiyimiz məlumata görə, bu rəqəm reallıqdan çox uzaqdır. Təxminən bir ay əvvəl gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi 45% -ə düşüb. Bu, sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib”.
P.S.