Əhalisi ən az olan 10 ölkə - SİYAHI
7 milyarddan çox insanın yaşadığı dünyada bəzi ölkələrin əhalis sayı barmaqla sayılacaq qədərdir.
1news.az baku.ws-ə istinadən bu siyahıda əhalisi ən az olan 10 ölkəni təqdim edir.
Bəlkə də onlardan bəzilərinin adını ilk dəfə eşidəcəksiniz:
- Tuvalu - Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsidir.
Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Ölkənin cəmi 25,9 kv km ərazisi, 11 323 nəfər əhalisi var.
Tuvalu BMT-nin üzvləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra turizm sahəsini inkişaf etdirməyə başlayıb.
Qlobal istiləşmə son illərdə bu ölkənin su altında qalma ehtimalını artırıb. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşir. Əgər qlobal istiləşmə nəticəsində istilik 1 dərəcə yüksəlsə, Tuvalu tamam su altında qalacaqdır. Bu səbəbdən adada yaşayan yerli xalq indidən Avstraliya və Yeni Zelandiyaya miqrasiya etməyə başlayıb.
- Nauru - Sakit okeanda ada dövlət.
Ərazisi 21,3 кm², əhalisi 9322 nəfərdir. Müstəqilliyi 1968-ci ildə elan edilib.
Nauru dünyada ən kiçik ada dövləti və rəsmi paytaxtı olmayan dövlətdir. Rəsmi adı ilə Nauru Respublikası və köhnədən Pleasant Adası olaraq bilinən, Cənubi Sakit Okeanda olan bir Mikroneziya ada ölkəsidir. Ən yaxın qonşusu 300 kilometr şərqində yerləşən Kiribatinin Banaba adasıdır.
- Montserrat - Böyük Britaniyanın dəniz ərazilərindən biri.
1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. Paytaxtlı Plimotdur.
Ərazisi 102 km2, əhalisi isə 4922 nəfərdir.
- Müqəddəs Yelena adası - Atlantik okeannında Böyük Britaniyaya məxsus ada. 1502-ci ildə ingilis dəniçilər tərəfindən kəşf edilib.
Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir.
Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır. İqtisadiyatı zəif olan bu ada Londondan tam asılı vəziyyətdədir.
Vulkanik mənşəyli Müqəddəs Yelena adasının 1 km radiusunda çoxlu xırda adacıqlar yerləşir. Ada 121,7 km² sahəyə, 4255 nəfər əhaliyə malikdir.
- Folklend adaları - Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi.
İki böyük adalardan - Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Sahəsi 12,1 min km2-dir. Rəsmi dil ingilis dilidir.
Hazırda Folklend adaları Böyük Britaniya Krallığının rəsmi nümayəndəsi - ingilis qubernatoru tərəfindən idarə olunur. Burada Böyük Britaniyanın hərbi-hava və hərbi-dəniz bazaları yerləşdirilib.
2006-cı ilin siyahıyalınmasına görə, arxipelaqda 3140 nəfər sakin yaşayır. Onların böyük əksəriyyəti ingilislərdir.
- Niue - Sakit okeanında yerləşən ada dövlətidir.
Quru sahəsi 260 kv.km-dir. 2016-cı ilin noyabrına olan məlumata əsasən, əksəriyyəti Polineziyada olmaqla təqribən 1612 nəfər əhalisi var.
Niuenin paytaxtı Alofi kəndidir. Niue əhalisi Yeni Zelandiya vətəndaşı sayılır. Ölkənin başçısı kraliça II Elizabetdir.
Bu dövlət BMT üzvü deyil.
- Tokelau - Sakit Okeanın cənub hissəsində yerləşən Yeni Zelandiyanın mülküdür.
Ümumi sahəsi cəmi 10,1 km² olan arxipelaq üç kiçik adadan ibarətdir: Atafu, Nukunonu və Fakaofo. 2011-ci ilin siyahı almasına görə 1411 nəfər əhalisi var.
1948-ci ildə qurulan bu ölkə monarxiya idarəetmə üsulu ilə idarə olunur.
- Vatikan - şəhər dövlətidir. Müstəqil və suveren ölkədir.
Ölkə 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir. Rəsmi qeydiyyatda 690 nəfər əhalisi var.
Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında Lüteran sazişi əsasında yaradılıb.
İtaliya paytaxtı Roma şəhərinin qərbində Monte-Vatikano adlanan təpə üzərində yerləşir. Kiçik ərazidə yerləşməsinə baxmayaraq onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, himni,gerbi, bayrağı, polisi, hətta həbsxanası da var.
- Pitkern adaları - Böyük Britaniyanın xarici adaları, Sakit okean ərazisində yerləşir.
Adada 19-cu əsrdə dənizçilər yaşayıb. Sonrada limana çevrilib. Lakin burada 11-ci əsrə aid yaşayış izləri tapılıb.
Hazırda 47 km2 ərazisi və 56 nəfər əhalisi var.
- Silend - Şimal Dənizində yerləşən virtual, həmçinin dünyanın ən kiçik tanınmayan ölkəsidir.
Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub.
İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Silend" adı verdiyi ölkəsini qurub. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Silend knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.
550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmamasından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal "ölkəsinə" gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Silend vətəndaşlığından çıxarılır.
Hazırda Silendin 27 nəfər əhalisi var. Dili ingilis dili, rəsmi valyutası isə Silend dollarıdır.
1news.az