Ermənistanın İsraildə səfirlik açmaq qərarı ciddi narazılığa səbəb olub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın İsraildə səfirlik açmaq qərarı ciddi narazılığa səbəb olub

11:44 - 27 / 09 / 2019
Ermənistanın İsraildə səfirlik açmaq qərarı ciddi narazılığa səbəb olub

Ermənistan hakimiyyətinin İsraildə səfirlik açmaq qərarı Yaxın Şərqdəki erməni icmalarında ciddi narazılıq yaradıb.

1news.az xəbər verir ki, bu barədə "Jamanak" nəşri yazıb.

Xüsusilə, Livan və Suriya kimi ölkələrdə, həmçinin İsraillə faktiki müharibə şəraitində olan İran kimi ölkələrdə narazılıq daha yüksəkdir.

“Həmin ölkələrin erməni icmaları İsrail ilə diplomatik münasibətlərin qurulmasının bu ölkələrin hakimiyyət orqanlarının erməni icmalarına müsbət münasibətini dəyişdirə biləcəyindən narahatdırlar. İndi yerli erməni partiyaları və icma təşkilatları yeni reallığa necə reaksiya verəcəklərinə dair görüşlər keçirirlər", deyə qəzet yazıb.

P.S.

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər