Nərimanovda kirayədə qalan qız ev sahibini döydü | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda kirayədə qalan qız ev sahibini döydü

11:35 - 30 / 09 / 2019
Nərimanovda kirayədə qalan qız ev sahibini döydü

Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsindəki evlərin birində baş verib.

1996-ci il təvəllüdlü Gülüstan Xudiyeva kirayədə yaşadığı evin sahibi olan 1985-ci il təvəllüdlü Günel Məmmədova ilə mübahisə edib. Mübahisənin sonunda G.Xudiyeva ev sahibini döyüb.

Qadın müxtəlif bədən xəsarətləri alıb.

G.Məmmədova faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

S.Xankişiyeva

 

 

Paylaş:
519

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər