Azercell-in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda!

S.Xankişiyeva16:30 - 03 / 10 / 2019
Azercell-in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda!

Fəaliyyəti boyunca bir sıra yeniliklərə imza atan “Azercell Telekom” MMC mütaliəni hər kəs üçün daha da əlçatan edərək, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradır.

Bu dəfə ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, qiraət həvəskarlarının istifadəsinə yeni “Bookmate Plus” paketini təqdim edir. Azercell abunəçilərə bir paket çərçivəsində məkandan və istifadə olunan cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə 1 milyondan çox müxtəlif janrlarda elektron və audio kitabları özündə cəmləşdirən zəngin elektron kitabxanadan istifadə etmə imkanı yaradır.

“Bookmate Plus” paketini aktiv etmək qaydası çox sadədir: Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Bookmate” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, xidmətə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

Azercell-in “Bookmate Plus” paketi elektron kitabxananın xəzinəsini abunəçilər üçün daha da əlçatan edərək, günlük paket çərçivəsində elektron ve audio kitablardan istifadə üçün 50%-dən çox endirim təqdim edir. Bununla yanaşı Azercell “Bookmate Plus”-dan ilk dəfə istifadə edən abunəçilərə paketdən 7 günlük pulsuz istifadə üçün də müstəsna fürsət yaradır.

Daim yenilənən rəqəmsal kitabxana haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/books/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
1971

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər