Mikayıl Məmmədov: Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır | 1news.az | Xəbərlər
Müsahibə

Mikayıl Məmmədov: Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır

15:00 - 07 / 10 / 2019
Mikayıl Məmmədov: Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır

Restrukturizasiya prosesin müştəriyə verdiyi əsas üstünlük onun aylıq ödənişlərinin minimuma salınması və kredit tarixçəsinin yenilənməsidir. Unibank müştərilərinin bir hissəsi artıq kreditlərini restrukturizasiya edib.

Bu haqda “Unibank” KB-nın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov bildirib.

- “Unibank”da restrukturizasiya prosesi necə gedir?

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının icrası Unibank üçün ilk gündən əsas prioritet məsələ olub. Bank kompensasiya ödənişlərini Fərmanda nəzərdə tutulduğu kimi vaxtında başa çatdırdı. Proses dövründə 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirildi. Kompensasiya ödənişləri başa çatan kimi, biz fərmanın ikinci hissəsinin icrasına- fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı proseslərə başladıq. Fərmanı əhatə edən müştərilərimizin bir hissəsinin kreditləri  artıq restrukturizasiya edilib. İndiyədək  restrukturizasiya olunan kreditin həcmi 19 milyon manata yaxındır. Müştərilər filiallara dəvət edilərək, çox qısa vaxt ərzində  restrukturizasiya müqaviləsi bağlanır. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda da nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.

- Restrukturizasiya prosesi müştəriyə hansı üstünlükləri verir?

Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində bir neçə manata yaxın bir vəsait edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük onun, aylıq ödənişlərinin minimuma salınmasıdır.

Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq aylıq 1-14 manatlıq ödəniş edir. Kreditini artıq restrukturizasiya etmiş iki müştərimizin nümunəsində prosesin müştərilərin kredit yüklülüyünü nə qədər azaltdığına baxaq: Restrukturizasiya prosesi nəticəsində müştəri C. Həsənovun  583 AZN faiz borcu silinib. Prosesdən əvvəl müştərinin aylıq ödənişi 806 AZN təşkil edirdi.  İndi 1-ci il ərzində 12 manat ödəyəcək. İkinci ildən isə müştərinin aylıq ödənişi 296 manat olacaq.  Yəni restrukturizasiyadan əvvəlki dövrlə müqayisədə müştərinin aylıq ödənişi 3 dəfəyə yaxın azalır və borcunun 583 AZN-lik hissəsi silinir. Bu da təbii olaraq əvvəllər kredit yüklülüyündən əziyyət çəkən müştərinin dirçəlməsinə səbəb olur.

Digər nümunə: Fərman verilən tarixədək Həsənova soyadlı müştərimiz aylıq 318 AZN ödəniş edirdi. Restruktrizasiya proqramına düşdüyündən, müştərinin 2137 manat faiz və cərimə borcu fərmana əsasən bağışlandı. Yəni müştəri yeni kredit müqaviləsinə imza atanda, 2137 manat borcu artıq silinmiş oldu. Müştərinin qalan əsas borcu 5589 manat 60 aya cəmi 1%-lə yeni kredit müqaviləsi əsasında rəsmiləşdirildi. İlk 1 ildə müştərinin aylıq ödənişi 5 manatdan da az edir. 13-cü aydan başlayarq isə hər ay 119 manat kredit ödəyəcək. Restrukturizasiya təkcə bu müştərinin aylıq ödəniş məbləğini 3 dəfəyə yaxın azaltdı.

Fərmana əsasən, krediti restrukturizasiya olunan hər bir müştəri istər ümumi borclarının, istərsə də aylıq ödənişlərinin dəfələrlə azalmasında bu prosesin əhəmiyyətini görəcək. Prosesin müştərilər üçün daha bir üstünlüyü isə kredit tarixçəsinin yenilənməsidir. Fərmanın ikinci mərhələsinin əhatə etdiyi müştərilər bir ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit tarixçəsi tamamilə təmizlənir və müştərinin kredit götürmək imkanı yaranır.

- Bəzi müştərilər kredit ödənişinin 5 il davam edəcəyini düşünüb restrukturizasiya prosesində maraqlı olmurlar. Kreditlərini daha tez ödəmək istəyirlər. Bununla bağlı hansısa məhdudiyyət varmı?

Xeyr, heç bir məhdudiyyət yoxdur. Restrukturizasiya zamanı kredit müqaviləsi 5 il müddətinə bağlanır. Amma müştəri istəyərsə, kreditini bir neçə aya da bağlaya bilər. Fərmanla restrukturizasiya müqaviləsinin 5 il bağlanması müştərinin aylıq ödənişinin az olması,  müştərinin bu cüzi məbləği ödəyən zaman çətinlik çəkməməsi üçündür.

- Proses nə zaman bitəcək?

31 dekabr 2019-cu il vətəndaşların müraciətlərinin qəbulunun son günüdür. Biz çalışırıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müdddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələdə restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək restrukturizasiya müqaviləsini imzalasınlar. Bu həmin müştərilərinin aylıq kredit öhdəliklərinin azalması və tarixçələrinin yenilənməsi üçün çox vacibdir. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində , “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan istifadə edirik. 

Reklam hüququnda

Paylaş:
1823

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər