Bu gün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq | 1news.az | Xəbərlər
Dünya

Bu gün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

11:35 - 11 / 10 / 2019
Bu gün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

Bu gün 2019-cu il üçün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq.

AZƏRTAC Norveç Nobel Komitəsinə istinadən xəbər verir ki, laureatın adı Osloda baş tutacaq xüsusi tədbirdə rəsmi şəkildə elan ediləcək. Bu mükafatı təsis etmiş Alfred Nobelin vəsiyyətinə görə Sülh Mükafatı sülhün bərqərar olması işində ən böyük müvəffəqiyyətlərə nail olmuş şəxsə verilməlidir, lakin son illərdə mükafat bu istiqamətdə işi aparan təşkilatlara da verilir.

Nobel Fondunun Nizamnaməsinə əsasən, laureatları Norveç parlamenti tərəfindən təyin edilən Norveç Nobel Komitəsi seçir. Namizədlərin seçilməsi prosesi və nominantların siyahısı ciddi sirr kimi saxlanır. Ənənəyə görə, Nobel Fondu seçim edilməsi üçün əsas olmuş sənədləri yalnız mükafatların təqdim edilməsi vaxtından 50 il sonra elan edə bilər.

Xatırladaq ki, 2018-ci ildə bu mükafata cinsi zorakılığın silah kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə insan hüquqları üzrə fəallar Denis Mukveqe və Nadiya Murad layiq görülüblər.

1news.az

Paylaş:
667

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57
Bütün xəbərlər