“Microsoft” 25 ildə ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib | 1news.az | Xəbərlər
Dünya

“Microsoft” 25 ildə ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib

16:58 - 16 / 10 / 2019
“Microsoft” 25 ildə ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib

"Microsoft" şirkəti 1994-cü ildən etibarən ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib. Yeni klaviaturalarda "Office" proqramları paketinin sürətli çağırışı üçün ayrılmış klaviş var, digər klaviş isə emodzilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.

1news.az ictnews.az-a istinadən bildirir ki, sözügedən yeni klavişlər ilk olaraq "Microsoft Ergonomic Keyboard"a və nazik "Bluetooth Keyboard"a ("Bluetooth 5.0" simsiz moduluna malikdir) əlavə edilib. ABŞ-da yeni klaviaturlar oktyabrın 15-dək müvafiq olaraq 59,99 və 49,99 dollar qiymətinə satışa çıxarılacaq.

"Ofis" proqramları üçün ayrılmış klaviş adətən klaviaturanın sağ hissəsində yerləşən köməkçi "Win" klavişini əvəz edir. Office + W klavişlərinin kombinasiyası "Word", "Office + X" isə "Excel" proqramını işə salır. Üzərində təbəssüm təsviri olan klaviş isə "Windows 10" sistemində emodzi seçimi üçün siyahı açır.

"Microsoft" korporasiyası 25 il ərzində (1994-cü ildə "Microsoft Natural" klaviaturasının çıxışı anından) klaviaturada standart düzülüşü dəyişdirməyib.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər