Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur – FOTO

10:15 - 24 / 10 / 2019
Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur – FOTO

Kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar açır.

Lakin internet yalnız imkanlar toplusu deyil, həm də təhlükə mənbəyidir. Bu gün yüz milyonlarla insan internet istifadəçisidir ki, onların da böyük qismi ümumdünya “hörümçək torunun” təhlükələrindən xəbərdar olmayan uşaqlardır. Belə olan halda “kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunun əhəmiyyəti artmağa başlayır. Kiber təhlükələrin qarşısının alınmasında əsas vasitələrdən biri gənc nəslin bu təhlükələrlə bağlı vaxtında məlumatlandırılması, insanlar və əşyaların İnternet vasitəsilə bağlandığı yeni rəqəmsal dövrə hazırlanmasıdır.

Mövzunun aktuallığını nəzərə alaraq, 23 oktyabr tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco”  şirkəti və ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə məktəblərdə internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici layihə keçirilib. Layihə əsnasında, “Giving Back” sosial proqramı çərçivəsində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər edən “Cisco” əməkdaşları Bakının on orta məktəbində eyni anda 3-5-ci sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar keçirib. Proqramın məqsədi gənc iştirakçılara və beynəlxalq şəbəkə istifadəçilərinə İnternet məkanında mövcud olan risklərlə yanaşı, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat verməkdir.

Qeyd edək ki, kibertəhlükəsizlik mövzusuna öz korporativ sosial məsuliyyət proqramlarında xüsusi diqqət ayıran layihənin rəqəmsal tərəfdaşı Azercell bu təşəbbüsü dəstəkləyərək, orta məktəblərə aylıq 10 GB internet paketli MiFi modemləri, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim edib.

Xatırladaq ki, Azercell şirkəti,  2016-ci ildə İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün "Universal Mühafizə", "Android üçün Müdafiə" və "Valideyn Nəzarəti" xidmətlərini özündə cəmləyən "Azercell Plus Təhlükəsizlik" proqramını istifadəyə verib. Həmçinin Azercell 2018-ci ildən etibarən Bakıda və bölgələrdə uşaqlar, valideynlər və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

 

Paylaş:
563

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər