Əl-Bağdadinin məhv edilmə əməliyyatının VİDEOsu yayıldı | 1news.az | Xəbərlər
Dünya

Əl-Bağdadinin məhv edilmə əməliyyatının VİDEOsu yayıldı

13:46 - 31 / 10 / 2019
Əl-Bağdadinin məhv edilmə əməliyyatının VİDEOsu yayıldı

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilmə əməliyyatının videosu yayılıb. 

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, bu barədə görüntüləri ictimaiyyətə Pentaqon təqdim edib. 

Görüntülərdə ABŞ Hərbi Hava Qüvvələrinin əl-Bağdadinin və tərəfdaşlarının yerləşdiyi binaya havadan zərbə endirməsi öz əksini tapıb. 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bildirib ki, İŞİD liderinin gizləndiyi təcrid olunmuş obyekt Suriyanın şimal-qərbindəki İdlib əyalətində yerləşib.

1news.az

Paylaş:
581

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər