Bu şəhərdə hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edildi | 1news.az | Xəbərlər
Dünya

Bu şəhərdə hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edildi

13:49 - 05 / 11 / 2019
Bu şəhərdə hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edildi

Hindistanın şimalında havanın çirklənmə səviyyəsi "dözülməz həddə çatıb".

1news.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Dehli şəhərinin administrasiyasının rəhbəri Arvind Kajrival bildirib.

Hindistanın paytaxtında hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib.

Bildirilir ki, məktəblər bağlanıb, yerli hava limanında 30-dan çox reys təxirə salınıb və şəhərdə tikinti işləri dayandırılıb.

A.Kajrival federal orqanlardan qonşu bölgələrdə çirklənmə səviyyəsinin azaldılmasına kömək etmələri üçün müraciət edib.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər