Küçəyə zibil atanı belə biabır edirlər – FOTO | 1news.az | Xəbərlər
Dünya

Küçəyə zibil atanı belə biabır edirlər – FOTO

16:37 - 19 / 11 / 2019
Küçəyə zibil atanı belə biabır edirlər – FOTO

Honkonqun qeyri-hökumət təşkilatı olan "Hong Kong Cleanup" təmizliyi və səliqəni pozanlarla mübarizə üçün maraqlı üsula əl atıb.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, təşkilatın üzvləri küçələrdən zibilləri toplayaraq onlardan DNT nümunələri götürüblər. Onların əsasında qayda pozucularının fotorobotu hazırlanıb. Milli.Az bildirir ki, hazırlanmış fotoşəkillər plakatlar formasında insanların çox olduğu ictimai yerlərə vurulur.

Beləliklə, zibil atan şəxslərin kimliyi anonim qalmır və onlar ictimai qınağa tuş gəlirlər.

Adıçəkilən təşkilatın hesabatına görə, hər gün Honkonq sakinləri 16 ton zibil istehsal edirlər.

1news.az

Paylaş:
743

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər