Nadir mavi almaz 14,9 milyon dollara satıldı | 1news.az | Xəbərlər
Dünya

Nadir mavi almaz 14,9 milyon dollara satıldı

13:54 - 21 / 11 / 2019
Nadir mavi almaz 14,9 milyon dollara satıldı

CAR-da hasil olunmuş ümumi çəkisi 20,08 karat olan emal olunmamış nadir mavi almaz 14,9 milyon dollara satılıb.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, almazın hasil edildiyi "Petra Diamonds Cullinan" adlı şaxtanın baş direktoru Riçard Daffi bildirib:

"Biz almazın satış qiymətindən çox razıyıq. Bu razılaşma mavi almazların dəyərini izah edir".

Məhz həmin şaxtada 1905-ci ildə dünyanın ən böyük almazı (3106 karat - 621,35 qr) hasil edilib. Vaxtilə həmin almaz Britaniya monarxı VII Eduarda göndərilib.

Sonuncu mavi almazın alıcısının adı isə hələlik açıqlanmır.

1news.az

Paylaş:
784

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər