Bir öpüşlə həyatı cəhənnəmə dönən qızcığaz – VİDEO – FOTO
Ankarada dünyaya gələn Ecrinin həyatı 40-günlük olarkən evlərinə gələn qonağın bir öpüşü ilə cəhənnəmə dönüb.
1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, qonağın ağız suyundan keçən pnomokok virusu onun əvvəlcə meningit, sonra isə serebral iflic olmasına səbəb olub.
Ölümdən dönən 9 yaşlı qızcığaz bu vaxtadək 3 əməliyyat keçirib və həyatda olduğu müddətdə hələ neçə belə əməliyyatlar və müalicələrə məcburdur.
Ecrin, Bilnur və Metin Aydın cütlüyünün üç uşağından biridir. Nə yeriyə bilir, nə də danışır. Əməliyyatlar sadəcə onun azacıq hərəkət etməsinə kömək edib.
Ailə artıq onun müalicə xərclərini qarşılaya bilmədiyindən sosial şəbəkələrdə yardım istəyirlər.
1news.az
759