“Apple” şirkətinin ən məşhur dizayneri şirkəti tərk edib
"Apple", "Mac", "iPod" və "iPhone" cihazlarının xarici görünüşlərinin yaradılmasında iştirak edən ən məşhur dizayner Coni Ayv artıq korporasiya üçün işləmir.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Coni Ayv özünün "LveFrom" adlı layihəsində bildirib. Dizayner bu gedişi karyerasının təbii inkişafı hesab edir.
Altı ay sonra "Apple" rəhbərlik haqqında məlumat verən səhifədə Ayvın tərcümeyi-halını silsə də, 26 noyabr tarixində dizayner şırkətin səhifəsində hələ də xatırlanırdı. Coni Ayvın yeni yaradıcılıq işinin tam başlaması 2020-ci ildə gözlənilir.
"Apple" şirkətinin direktoru Tim Kuk "Financial Times"a açıqlamasında "Apple" korporasiyanın ən məşhur məhsullarını yaradan köhnə komanda ilə işləməyə davam etdiyini söyləyib.
1news.az