Millət vəkili parlamentin iclasında sevgilisinə evlənmə təklif etdi | 1news.az | Xəbərlər
Dünya

Millət vəkili parlamentin iclasında sevgilisinə evlənmə təklif etdi

14:09 - 29 / 11 / 2019
Millət vəkili parlamentin iclasında sevgilisinə evlənmə təklif etdi

İtaliya parlamentinin noyabrın 28-də keçirilən iclasında çıxış üçün söz alan millət vəkili Flavio Di Muro sevgilisinə evlənmə təklif edib. Videokamera görüntülərində Elisa adlı qızın təklifə nə cavab verdiyi başa düşülmür. Lakin İtaliya mətbuatı onun evlənməyə razı olduğunu yazıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, LİG müxalifət partiyasının təmsilçisi olan Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirə olunduğu iclasda qəfildən söz alıb. "Bu gün mənim üçün çox əlamətdardır", -deyən millət vəkili nişan üzüyünü çıxarıb və əlavə edib: "Hörmətli məclis sədri, icazə verin sizə deyil, ziyarətçi sıralarına müraciət edim. Elisa, mənimlə evlənməyə razısan?".

Həmkarları Flavionu alqışlarla təbrik ediblər, amma spiker Roberto Fiko narazılığını bildirib: "Hörmətli deputat Di Muro, hər şeyi başa düşürəm, amma parlamentdə çıxışdan bu məqsədlə istifadə etmək çox uyğunsuzdur", -deyə o əlavə edib.

Lakin spikerdən sonra çıxış edən qadın deputat Stefania Pezzopane təbriklərə qoşularaq bildirib ki, parlamentin iclasına "eşq mğöhürünün" vurulması onu olduqca məmnun edib.

Sosial mediada isə millət vəkilinin zəlzələnin fəsadları kimi ciddi məsələnin müzakirəsində evlənmə məsələsini gündəmə gətirməsi etirazlara səbəb olub. Bəzi statuslarda Di Muronun bu jestinin qanunverici orqana hörmətsizlik olduğu, İtaliya parlamentinin televiziya şousuna çevrildiyi yazılıb.

1news.az

Paylaş:
519

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər