“Baktelecom” telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərini yüksək standartlarla təşkil edən irimiqyaslı layihələrlə “BakuTel-2019” sərgisində
Bakı şəhərində yeni nəsil şəbəkə texnologiyaları əsasında xidmət göstərən “Baktelecom” telekommunikasiya şirkəti “BakuTel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində bu il də uğurla iştirak edir.
“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat təqdim edilir. Yüksəksürətli, genişzolaqlı telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən bu layihələr beynəlxalq təcrübələrə əsasən həyata keçirilir.
Mövcud mis infrastrukturun ləğv edilərək optik şəbəkənin qurulmasını nəzərdə tutan “Evədək optika” layihəsi çərçivəsində il ərzində 80 mindən çox mənzildə sakinlərin bir optik xətt üzərindən yüksək sürətli multimedia xidmətlərindən istifadəsinə imkan yaradılıb. Eyni zamanda pulsuz internet avadanlıqlarla təmin edilən istifadəçilər üçün sərfəli şərtlərlə özündə telefon, internet və televiziya xidmətlərini birləşdirən “1 xətt, 3 xidmət” paketi tətbiq edilib. Baktelecom televiziya xidmətini yeniləyərək internet şəbəkəsi üzərindən effektiv ötürmə imkanına malik “ViTv” xidmətini istifadəçilərinə təqdim edir. ViTv xidmətinin üstünlüklərinə gəlincə abunəçilər 150 yerli və beynəlxalq telekanal seçimi, telekanalların yüksək HD keyfiyyətdə yayımı, filterləmə funksiyası ilə kanalları gizləmə, 3 günlük arxivlişdirmə funsksiyası ilə arzu etdiyi yayıma baxmaq imkanı əldə etmiş olur.
Sərgi iştirakçıları eyni zamanda məhdud infrastrukturlu və paytaxtətrafı ərazilərdə telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təminat çətinliklərini aradan qaldırmağa imkan yaradan “Simsiz rabitə” şəbəkəsinin əhatə dairəsi haqqında ətraflı məlumat ala bilərlər. Bu ərazilərdə daha çox sakinə xidmət göstərilməsi məqsədi ilə layihə çərçivəsində baza stansiyalarının sayı bu il də artırılıb. Stansiyalardan ötürülən şəbəkə tutumunun genişləndirilməsi və gücləndirilməsi isə əhalinin sıx məskunlaşdığı paytaxtətrafı ərazilərdə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin təminatına imkan yaradıb. Hazırda Abşeron yarımadasının bütün kəndlərində, eləcə də paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində əhaliyə “Simsiz rabitə” xidməti göstərilir.
“Baktelecom” 3-6 dekabr tarixlərində keçirilən “BakuTel-2019” sərgi-konfransının 25-ci yubileyində hər kəsi gözləyir!
Reklam hüququnda