KOBİA və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb

15:50 - 10 / 12 / 2019
KOBİA və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb

Bakı Konqres Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, sənədi KOBİA tərəfindən İdarə Heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondu tərəfindən icraçı direktor Fərid Cəfərov imzalayıb.

Memorandum birinci Gənc Sahibkarlar Forumu çərçivəsində Azərbaycanın yeni başlayan sahibkarlarına dəstək məqsədilə imzalanıb.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər