Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib

15:56 - 10 / 12 / 2019
Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib

Keçmiş mer 84 yaşında dünyasını dəyişib

Rusiyanın paytaxtı Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib.  Rusiya mətbuatının məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.

Yuri Lujkov 1936-cı il sentyabrın 21-də Moskvada anadan olub. 1953-cü ildə məktəbi bitirəndən sonra Qubkin adına neft və qaz universitetində təhsil alıb.

1991-ci ilin iyulunda Moskvanın vitse-meri, 1992-ci ildə isə meri seçilib. 2010-cu ilin sentyabrında Rusiyanın NTV kanalında 2 sənədli film nümayiş etdirilib. Bu filmlərdə Lujkova qarşı ciddi ittihamlar irəli sürülmüşdür. 2010-cu il sentyabrın 28-də o vaxt Çində olan Rusiyanın prezidenti Dmitri Medvedyev müsahibəsində Lujkovu vəzifədən azad etdiyini bildirmişdi.

S.Xankişiyeva

 

Paylaş:
719

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər