AXCP üzvü Əli Kərimlini məhkəməyə verdi | 1news.az | Xəbərlər
Siyasət

AXCP üzvü Əli Kərimlini məhkəməyə verdi

09:00 - 17 / 12 / 2019
AXCP üzvü Əli Kərimlini məhkəməyə verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyev partiyanın sədri Əli Kərimliyə qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırıb

1news.az-ın verdiyi xəbərə görə, 16 dekabr 2019-cu ildə məhkəmə hazırlıq iclası keçirilib.

A.Əliyev iddia ərizəsində Əli Kərimlinin partiyaya daxil olan ianə və sair pulları mənimsədiyini, ancaq öz nəzarətində saxladığını, bu pulları özünün, ailəsinin və xaricdə yaşayan övladlarının ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf etdiyini, yüzlərlə cəbhəçini aldatdığını, hər birindən öz şəxsi mənafeyi üçün istifadə etdiyini, antidemokratik hərəkətlərinə etraz edənləri ləkələdiyini, böhtanlara məruz qoyduğunu və partiyadan uzaqlaşdırdığını, partiyada sərt diktatura rejimi qurduğunu bildirmiş, Ə.Kərimlini siyasi dələduz adlandırmışdır.

A.Əliyev daha sonra Əli Kərimlini gəncləri də aldadaraq özünün çirkin oyunlarına qurban vermək istədiyini, bir çoxlarının onun antidemokratik, qanunsuz partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdar olduğunu, lakin bunları dilə gətirməkdən çəkindiyini qeyd edib.

A.Əliyev həmçinin  Əli Kərimli tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilmədiyini, onun Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğunu qeyd etmiş və Komissiyanın sədri vəzifəsini icra etməyə maneçilik törətməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edib.

1news.az

Paylaş:
968

Son xəbərlər

Bütün xəbərlər