Victory Tour şirkətinin həmsahibi və baş meneceri Vüsal Hacıyev: Biz sadəcə xidmət yox, qayğı göstəririk | 1news.az | Xəbərlər
Müsahibə

Victory Tour şirkətinin həmsahibi və baş meneceri Vüsal Hacıyev: Biz sadəcə xidmət yox, qayğı göstəririk

09:30 - 18 / 12 / 2019
Victory Tour şirkətinin həmsahibi və baş meneceri Vüsal Hacıyev: Biz sadəcə xidmət yox, qayğı göstəririk

Victory Tour şirkətinin həmsahibi və baş meneceri Vüsal Hacıyev və Victory Tour şirkətinin icraçı direktoru Səlimə Vəlizadə ilə müsahibə.

- Vüsal bəy, şirkətin sahibi olaraq, danışın, hər şey necə başladı?

Vüsal Hacıyev: - Şirkətimiz 2005-ci ildə qurulmuş və 2007-ci ildə bizim idarəetməmizə keçmişdir. Mən və böyük qardaşım Vüqar Hacıyev şirkətin birgə sahibiyik. 2001-ci ildən Victory Tour-a qədər Vüqar və mən başqa iki turizm şirkətində çalışırdıq. 2007-ci ildə Victory Tour-u əldə edəndə, üç işçisi olan kiçik bir butik şirkəti idi. Artıq turizm sahəsində çox təcrübəmiz var idi və onu Victory Tour-a istifadə etdik. Köhnə şirkətdən bəyəndiyimiz və müəyyən mənada həyat prinsiplərimizi əks etdirən yalnız adı qaldı. Qalan hər şey, hətta loqotip yenidən redizayn edildi. O vaxtdan etibarən operativ idarəçiliyinə başladım və şirkətimizi indiki ölçüsünə qədər genişləndirdik. İndi Victory Tour Azərbaycanın turizm bazarında ən stabil və peşəkar turizm şirkətlərindən biri kimi tanınır və digər agentliklər arasında öz güclü mövqeyini tutur.

- Çoxsaylı tur şirkətlərindən konkret olaraq nə ilə fərqlənirsiniz, rəqabət üstünlükləriniz nələrdir? Zəhmət olmasa, bu haqda danışın.

Vüsal Hacıyev: - Düşünürəm ki, digər agentliklərdən əsas fərqimiz şirkətin inkişafına yanaşmamız, korporativ standartlar, komandamız və təqdim etdiyimiz turizm xidmətlərinin genişliyidir.

Biz bir butik agentliyi formatında qala bilərdik, və bu bizi qane edərdi, lakin davamlı inkişaf yolunu seçdik və ilk gündən şirkətdə korporativ standartları tətbiq etməyə başladıq. Bu standartların tətbiqi bizim üçün asan deyildi, çünki turizm sektorunda və o dövrdə şirkətdə çalışan bir çox işçi üçün bu yanaşma qeyri-adi idi.

Dəfələrlə anlaşılmazlıq və belə bir yanaşmanın rədd edilməsi ilə qarşılaşdıq, amma inad və səbr bizə həm Azərbaycanda, həm də xaricdə hər gün çox sayda müştərimizə xidmət edən yaxşı bir mütəxəssis qrupu yığmağa kömək etdi.

Komandamızın dayağı 5 ildən 10 ilə qədər şirkətdə çalışan işçilərdən ibarətdir. Bəzi işçilərimizin şirkətdə bilet yazma meneceri kimi işə başlayan Səlimə kimi bir şirkətdə karyera yüksəltmələri bizim üçün böyük bir qürurdur. Şirkət işçilərin sayının artması ilə Səlimə təcrübəli bir işçi kimi, korparativ şöbəsinə rəhbərlik etdi və daha sonra icraçı direktor vəzifəsini tutdu.

Əvvəlcə inkişaf etdirməyə başladığımız fəaliyyətimizin əsas növü Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərə korporativ xidmət göstərmək idi. Qısa müddət ərzində müştəri bazamızı genişləndirə bildik və zaman keçdikcə iri şirkətlər bizi tenderlərdə iştirak etməyə dəvət etməyə başladılar. Şirkət bazarda etibar qazandı və nəticə olaraq 2011-ci ildə Victory Tour Turizm Nazirliyinin "Getmə Turizmi üzrə ilin ən yaxşı tur operatoru" mükafatına layiq görüldü.

Zaman keçdikcə, 2010-cu ildən başlayaraq, Gəlmə turizmi inkişafına investisiya yatırmağa başladıq. Beləliklə, "Explore Azerbaijan" www.exploreazerbaijan.com  layihəmiz əmələ gəldi. O dövrdə ölkəmizdə Gəlmə Turizmi  indiki qədər inkişaf etməmişdir və aktual deyildi, amma bu istiqamətdə biz perspektiv gördük və bu turizm istiqamətini "Explore Azerbaijan" brendi altında beynəlxalq səviyyədə inkişaf etdirməyə qərar verdik. Layihə uğurlu alındı və biz indi də onu inkişaf etdirməyə davam edirik.

2012-ci ildə, "Avroviziya" mahnı müsabiqəsindən və Bakıda yeni beynəlxalq mehmanxanaların inşasından sonra MICE turizmi kimi bir turizm istiqamətinin inkişaf perspektivini gördük (MICE abbreviaturası Meetings, Incentives, Conferences, Events or Exhibitions kimi oxunur - red.)

Beləliklə,  bizim digər layihəmiz "MICE.az" ( www.mice.az ) ərsəyə gəldi, hansı ki bu il "1st Azerbaijan Tourism Awards" mərasimində  bu sahədə ən yaxşı layihə kimi mükafata layiq görüldü. 

Bu günlərdə, ilin yekunlarına dair tədbirlə Azərbaycanda işgüzar turizmin inkişafındakı töhfəmiz Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yüksək qiymətləndirildi və bununla əlaqədar bizə müvafiq təşəkkür sertifikatı təqdim olundu.

Turizmin bu istiqamətinin Azərbaycanda inkişafı ölkədə inkişaf edən otel infrastrukturu və digər əlaqəli sahələr sayəsində mümkün olmuşdur.

Biz bir yerdə dayanmırıq (gülümsəyir) və 2018-ci ildə "GuideinBaku" (www.guideinbaku.com) tematik turlarına dair yeni bir layihəyə başladıq. Bu layihə müxtəlif fərdi və ya qrup tematik turlar almaq istəyən turistlərə xidmət göstərmək məqsədini daşıyır. Qeyd etmək istərdim ki, şirkət qazancının böyük hissəsini daim öz inkişafına reinvestisiya edir və bu da öz növbəsində xidmətlərimizin keyfiyyətinə və təqdim etdiyimiz xidmətlərin genişliyinə təsir göstərir.

- Təqdim etdiyiniz geniş xidmətlər haqqında danışdınız. Bu qədər müxtəlif iş həcmini idarə etmək çətin deyilmi?

Vüsal Hacıyev: - Maraqlı suala görə təşəkkür edirəm. Bu çox çətindir. Hər bir layihə həm vaxt, həm də ki maliyyə mənbələrini tələb edir. Xüsusilə əvvəlcə. Vaxt keçdikcə hər şey yerinə düşür və yalnız prosesi tənzimləmək və ona nəzarət etmək lazımdır. Çox şey layihədə işləyən insanlardan, onların işlərinə münasibətindən asılıdır. Bu baxımdan, əvvəllər qarşılaşdığımız çətinliklərə və problemlərə baxmayaraq, bu gün hər şey yaxşıdır.

İndi işlərini sevən, şirkətə doğma kimi baxan və daim kontrol və istiqamətləndirilməyə ehtiyacı olmayan həmfikir insanlar qrupu yaratdıq. Layihələrə dair məsuliyyət sahələrini menecment arasında bölüşdürdük və hər birimiz şirkətin müəyyən bir sahəsinə nəzarət edirik. Şirkət daxilində iş də dəqiq şəkildə qurulmuşdur, insan resurslarına heç vaxt qənaət etməmişik, bu da bizə çox sayda sifarişin öhdəsindən gəlməyə kömək edir.

- Komandaya qayıdaq. Dediniz ki, kollektivin çox hissəsi bir neçə ildir şirkətdə çalışır. Uzunmüddətli əməkdaşlığın, işçilərin şirkətə sədaqətinin sirri nədədir?

Səlimə Vəlizadə: - Şirkətimizin öz prinsipləri və standartları var və işçiləri seçərkən oxşar prinsipləri olan insanları seçməyə çalışırıq - vicdanlı, iddialı, işlərini sevən insanlari. Mənəvi komponent bizim üçün çox vacibdir, çünki günümüzün çox hissəsini həmkarlarımızla keçiririk və şirkətdəki ab-hava onun bütün üzvlərindən asılıdır.

Həmkarlarla işləyərkən, komandanın üzvlərinin həm mənəvi, həm də maddi baxımdan şirkətdə rahat işlədikləri şəraiti yaratmaq prinsipinə əsaslanırıq. Biz daim işçiləri sağlam həyat tərzi sürməyə təşviq edirik, onların peşə və fiziki inkişafları üçün müvafiq şərait yaradırıq. Fəxr edirik ki, şirkətdə karyeralarına başlayan, öz sahəsinin peşəkarları olmuş və aparıcı menecer vəzifəsinə yüksəlmiş işçilər işləyir. Mən özüm 2008-ci ildə Victory Tour-a qatıldım və Vüsal əvvəl qeyd etdiyi kimi bilet yazma meneceri vəzifəsindən başlamışdım.

- Müştərilərlə işi hansı prinsiplərə əsaslanaraq qurursunuz?

Səlimə Vəlizadə: - Düşünürəm ki, daxili korporativ şüarımız müştərilərə münasibətimizi əks etdirir: "Biz sadəcə xidmət yox, qayğı göstəririk".

Biz hər zaman işçilərimizə deyirik ki, ilk növbədə müştərilərimizi xidmətlərimizdən məmnun etməyimiz və sonra qazanc əldə etməyimizlə maraqlanırıq. İşçiləri müştərilərimizə yaxın adamları və ya qohumları kimi münasibət göstərməyə və şirkətdəki işlərinə - yalnız pul qazanmaqla deyil, cəmiyyətə və insanlara verdiyimiz fayda kimi baxmağa çağırırıq.

Qısaca işimizə və missiyamıza münasibətimizi aşağıdakı sözlərlə ifadə etmək olar: "Peşəkar bilik və təcrübəmiz sayəsində insanlar üçün istirahət təşkil edirik, onlara fayda veririk və bu sadəcə işə gəlmək, bilet və tur satmaq və bundan qazanc almaqdan daha çoxdur."


- Gələn il şirkətinizin 15 yaşı tamam olacaq. Hazırda hansı inkişaf mərhələsindəsiniz, gələcək üçün planlarınız necədir?

Vüsal Hacıyev: - Müəyyən bir sürətli inkişaf yolunu keçdik və hazırda şirkət daxilində təşkilati məsələlərin həllini tələb edən cari səviyyəyə çatdıq. Fəal işləyəcəyimiz gələcək inkişaf strategiyamızda özümüz üçün korporativ xidmətlər (və ya bu işgüzar səyahət adlanır) və Gəlmə turizmə aid layihələrin inkişafı kimi fəaliyyət növlərini müəyyən etdik.

Gələcək inkişaf strategiyamızı, həmçinin əsasən onlayn olaraq müştərilərimizlə ünsiyyət qurmağımızı nəzərə alaraq, ofislərimizin konsepsiyasını dəyişdirəcəyik. Bu konsepsiya rahat və geniş bir arxa ofis və kiçik bir ön ofisin olmasını nəzərdə tutur. Həm də biznes proseslərinin qurulması və sürətlənməsi üçün şirkətdəki iş proseslərinin avtomatlaşdırılması vəzifəsi məqsədimizdir.

Yeni "GuideinBaku" layihəmiz müəyyən vəsaitlərin sərmayəsini tələb edir və biz onun gələcək inkişafına sərmayə qoyacağıq. Hal hazırda mənəvi cəhətdən köhnəlmiş şirkətin www.victorytour.az korporativ veb saytının yenilənməsi üzərində iş aparılır.

- Ölkəmizdə turizm sənayesinin inkişafını necə görürsünüz?

Vüsal Hacıyev: - Ölkəmizdə turizmin inkişafını iki mərhələyə bölərdim. Devalvasiyadan əvvəl və sonra. Azərbaycan müstəqillik qazandıqdan bəri, ölkəmizdə əhalinin iqtisadi rifahının artması və iri biznes layihələrinin inkişafı ilə Getmə turizmi daha çox inkişaf etmişdir.

Manatın dollara nisbətdə məzənnəsi də məhz bu turizmin stimullaşdırılmasına təsir göstərdi, çünki vətəndaşlarımız üçün xaricə turlar Azərbaycana gələn əcnəbilər üçün olan turlardan daha əlverişli idi. O dövrdə bazar vəziyyəti belə idi və əksər yerli şirkətlər bu turizm növünə tələbatı təmin edirdilər.

Devalvasiyadan sonra vəziyyət kəskin şəkildə dəyişdi və manatın ucuzlaşması Gəlmə turizmin inkişafına müsbət təsir göstərdi. Viza rejiminin asanlaşdırılması üçün hökumət tərəfindən vaxtında görülən tədbirlər, turist lisenziyasının ləğvi, Gəlmə turizm sektorunu stimullaşdırdı və nəticədə ölkəmizə turist axını artdı.

Gəlmə turizmin inkişafı iqtisadiyyatın prioritet sahəsinə çevrildi və hökumətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl tədbirlər Azərbaycanı beynəlxalq turizm bazarında yeni maraqlı bir istiqamətə çevirir. 2015-ci ilə qədər biz xarici turoperatorların qapılarını döyürdük və bu qapılar bizə çətinliklə açılırdı. İndi isə vəziyyət fərqlidir. Xarici tur operatorları özləri bizi axtarır və əməkdaşlıq etmək istəyirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan dünya xəritəsində gənc bir ölkədir və bir çox insanlar üçün çoxdan mövcud olan və turistləri qəbul edən digər ölkələrlə müqayisədə naməlum bir istiqamətdir. Bu məqama gəlincə, Avroviziya, Avropa Oyunları, Formula 1 kimi dünya səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizi tanıdır və bu da öz növbəsində xarici turistlərin Azərbaycana marağını artırır.

Gəlmə turizmin inkişafı üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən çox fəal işlər görülür və xüsusilə sevindirici haldır ki, bu işlər kompleks olaraq aparılır. Onu da qeyd etmək istəyirdim ki, bu turizm sahəsinin uğurlu inkişafı üçün bir çox amilləri və bir çox dövlət qurumlarının qarşılıqlı fəaliyyətini təmin etmək lazımdır.

Unutmamalıyıq ki, biz bir ölkə olaraq turistləri cəlb etmək uğrunda mübarizədə digər ölkələrlə rəqabət aparırıq. Respublikamıza gələn bir turistin xoş təəssüratı və məmnuniyyəti bizim sahə üçün çox vacibdir. Bir turist mədəniyyətimizdən və tariximizdən məmnun ola bilər, ancaq ölkənin girişində yaxşı qarşılanmasa və ya qaldığı müddətdə başqa mənfi cəhətlərlə qarşılaşarsa, bu, onun bütün təəssüratını korlaya bilər.

- Oxuculara nə arzu etmək istərdiniz?

Vüsal Hacıyev: - Turizm sektorunun nümayəndəsi kimi oxuculara çox maraqlı və yaddaqalan səyahətlər arzulayıram. Turizm sektoru mənə çox xoş gəlir, çünki fərqli ölkələrə səfər edərkən digər ölkələrin mədəniyyətini və tarixini öyrənirik və nəticədə bu Yer kürəsi xalqlarını bir-birinə daha da yaxınlaşdırır.

Səlimə Vəlizadə: - Bütün müştərilərimizə şirkətimizin etimadına və yüksək qiymətləndirməsinə görə təşəkkür edirəm və xidmətlərimizdən hələ istifadə etməmiş bütün oxuculara demək istəyirəm ki, həm fərdi, həm iş səyahətinizi bizə həvalə edərək özünüzü peşəkar və qayğıkeş əllərdə hiss edəcəksiniz. Hamınıza sülh, xeyirxahlıq, başınızın üstündə aydın səma və səyahətlərinizdən parlaq və unudulmaz  təəssüratlar arzulayıram!

Bütün yenilik və təkliflərimizdən xəbərdar olmaq üçün sosial şəbəkələrdəki səhifələrimizə abunə olun.

Victory Tour - Facebook/Instagram

Guide In Baku  - Facebook/Instagram

Explore Azerbaijan -  Facebook/Instagram

MICE.az – Facebook/Instagram

 

Paylaş:
2441

Sizin üçün xəbərlər

Son xəbərlər

Murat Kurum: “Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb”Bu gün, 17:28Prezident Belçikanın Baş naziri ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14Dövlət Başçısı Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:01İlham Əliyev Serbiya Prezidenti ilə görüşübBu gün, 16:46Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədirBu gün, 16:39Konqo Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 16:25Prezident slovakiyalı həmkarı ilə görüşübBu gün, 16:22İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:19İranın vitse-prezidenti Azərbaycanda səfərdədirBu gün, 16:17İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşübBu gün, 16:10Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 15:58Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 15:32Dövlət Başçısı Finlandiya Prezidenti ilə görüşübBu gün, 15:18Bu gün Xalq artisti İslam Rzayevin anadan olmasından 90 il ötürBu gün, 15:05Slovakiya Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 14:46Belarus Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədirBu gün, 14:38Prezident Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - YENİLƏNİBBu gün, 14:30Serbiya Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 14:18Nepal Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlibBu gün, 13:53Seyşel Adalarının vitse-prezidenti Azərbaycanda səfərdədirBu gün, 13:36
Bütün xəbərlər