Ermənistan ordusu Azərbaycanın döyüş məntəqələrini və kənd sakinlərinin evlərini intensiv atəşə tutub

Dekabrın 17-də saat 20:30 radələrindən başlamaqla Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a bildiriblər ki, düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.
S.Xankişiyeva
497