Beynində 700 qurd tapıldı – SƏBƏBİ
Yarımbişmiş donuz əti yedikdən sonra beynində 700 qurd aşkar edilib.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Çinin şərqində, Şərqi Çin dənizi sahilində yerləşən Çjetszyan əyalətində yaşayan 43 yaşlı Çju Çjun-Fa xəstəxanaya huşsuz vəziyyətdə çatdırılıb. Ona uzun müddət dəqiq diaqnoz qoymaq mümkün olmayıb. MRT müayinəsi zamanı xəstənin beynində 700-dən çox qurd aşkarlanıb. Onun ağciyərlərində və sinə boşluğunda da qurd tapılıb. Bu xəstəliyə "neyrokistiserkoz" deyilir. Çox vaxt sürfələr mərkəzi sinir sistemində, əzələlərdə, dəri və gözlərdə toplanır. Xəstəlik yaxşı bişirilməmiş donuz ətindən qaynaqlanır .
Çju Çjun-Fa da ötən ay donuz əti yediyini etiraf edib.
Qeyd edək ki, "neyrokistiserkoz" yetkinlik yaşında olanlarda epilepsiya xəstəliyinin aparıcı səbəbidir. Odur ki, həkimlər yemək bişirməklə bağlı qaydalara əməl etməyi, əlləri təmiz yumağı, təmiz su içməyi və çiy ət kəsilən bıçağı yumadan təkrar istifadə etməməyi tövsiyə edirlər.
Bundan əlavə, ayaqyolundan çıxdıqda əllərinizi yaxşıca yumasanız, qurdlar bağırsaqlara yığılaraq müxtəlif orqanlara nüfuz edə bilər.
1news.az