Səfir: Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

23:41 - 23 / 12 / 2019
Səfir: Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim bildirib.

Səfir müsahibədə xarici mətbuatda qondarma Dağlıq-Qarabağ “rəsmisi”nin Şarm-Əl-Şeyxin qubernatoru ilə görüşməsi məsələsinə toxunub. Bu görüşün rəsmi görüş kimi qəbul olunmadığını bildirən səfir qeyd edib ki, qarşı tərəf özünü Dağlıq Qarabağın deyil, Ermənistanın nümayəndəsi kimi təqdim edib. Səfər turistik xarakter daşıyıb, heç bir rəsmi səfərdən söhbət getmir.

Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir. “Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”, - deyə o əlavə edib.

1news.az

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər