Təhsil naziri Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb – FOTO

17:16 - 25 / 12 / 2019
Təhsil naziri Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb – FOTO

Dekabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir.  Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır. Nazir onu da əlavə edib ki, müstəqillik dövründə müəllimlik peşəsinə həvəsin artması ilk dəfə məhz 2019-cu ildə müşahidə edilib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın fəaliyyətini qiymətləndirən nazir deyib ki, bu qurum müəllimlərin inkişafına stimul verir. Assosiasiyanin fəaliyyəti çərçivəsində gənc müəllimlər üçün onlayn platforma istifadəyə veriləcək.  Müəllimlər həmin platforma vasitəsilə fəaliyyətlərinə dair məlumatları, yenilikləri paylaşa biləcəklər.

Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə  uğurlar arzulayıb.

Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıb.

S.Xankişiyeva

Paylaş:
1058

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər