Ayaqyoluna gedən kişini şir parçaladı
Ayaqyoluna getmək istəyən hindistanlının başına bədbəxt hadisə gəlib.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, Hindistanda, Gujarat əyalətindəki Jira kəndinin 55 yaşlı sakini evinin yaxınlığındakı meşədəki ayaqyoluna gedərkən vəhşi aslanın qurbanı olub. Beləki, yırtıcı kişiyə hücum edərək, onu parçalayıb. Bu barədə məlumatı "The Hindu" nəşri yayıb.
Faciə 23 dekabr, bazar ertəsi səhər baş verib. Aslan Kadubhai Bhilad'a ağır xəsarət yetirdiyindən, o, hadisə yerində can verib.
Kabudhainin evinin yaxınlığında yerləşən Gere meşəsi, Asiya şirlərinin yaşadığı yeganə yerdir.
1news.az
2211