İran nota verdi
ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrә sәfirliyinin müvәqqәti işlәr vәkili İran Xarici İşlәr Nazirliyinә çağırılıb.
Trend-in mәlumatına görә, bunu İran XİN-in mәtbuat katibi Abbas Musәvi Twitter sәhifәsindә yazıb.
A.Musәvinin sözlәrinә görә, müvәqqәti işlәr vәkilinә İranın sәrt notası tәqdim edilib.
Mətbuat katibi bildirib ki, general Süleymaninin ölümü ilә әlaqәdar notada ABŞ-ın mәsuliyyәt daşıdığı qeyd olunub.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.
S.Xankişiyeva