Səyahət üçün 2020-ci ilin ən təhlükəsiz istiqamətlərləri müəyyənləşib
BHTP (Berkshire Hathaway Travel Protection) sığorta şirkətinin araşdırmalarına görə 2020-ci ildə səyahət üçün ən təhlükəsiz istiqamətlər müəyyənləşib.
1news.az Trend-ə istinadən bildirir ki, meşə yanğınlarına baxmayaraq Avstraliya birinci yeri tutub. Bu seçimi müxtəlif yaşlı səyahətçi qrupları, 20-ci əsrin sonlarında doğulmuş insanlar, uşaqları olan valideynlər və təcrübəli turistlər ediblər. BHTP-yə görə, onlar Avstraliyanı "adi və ekzotikanın mükəmməl qarışığı" olduğu üçün sevirlər.
İkinci yerdə İsveç yerləşıb - buraya, əsasən, gənc və yetkin yaş qruplarına aid səyahətçilər üstünlük veriblər. Daha çox 20-ci əsrin sonlarında doğulmuş insanlar tərəfindən "mülayim iqlim, yaxşı infrastruktur, əlverişli təbabət, yüksək keyfiyyətli internet və yaxşı yollar" xüsusiyyətləri ilə seçilən üçüncü yer sahibi Yeni Zelandiyadır.
Fransa, Hollandiya, İslandiya, İrlandiya, Yunanıstan və Yaponiya da ilk onluqda yer alıb.
BHTP bu araşdırmanı hər il turistlərin sorğusu əsasında aparır. Araşdırmalarda həmçinin Global Peace, Global Safety и Global Finance kimi təşkilatların göstəricilərindən də istifadə edilir.
1news.az