Dünyanın səyahət üçün ən arzulanan məkanları | 1news.az | Xəbərlər
Dünya

Dünyanın səyahət üçün ən arzulanan məkanları

12:37 - 04 / 01 / 2020
Dünyanın səyahət üçün ən arzulanan məkanları

Quql şirkətinin mütəxəssisləri istifadəçilərin 2019-cu il ərzində axtarış sorğularını təhlil edərək səyahət üçün dünyanın ən arzuolunan məkanlarının siyahısını tərtib edib.

1news.az Axar.az-a istinadən xəbər verir ki, siyahı "Quql Trends" səhifəsində dərc edilib.

İlk pillədə ada dövləti olan Maldiv Respublikası yerləşib. İkinci yeri Yaponiya, üçüncü yeri isə Bora-Bora adası tutub.

Ən arzu olunan yerlərin siyahısında ilk beşliyə Las-Veqas şəhəri və Meksikanın paytaxtı Mexiko da daxil olub.

Həmçinin, reytinqdə Alyaska və Kaliforniya ştatları, Yeni Orlean, Nyu York və Kosta-Rika var. 

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər