Uça bilən motosiklet ixtira edilib - VİDEO
Uça bilən motosiklet ixtira olunub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, fransalı ixtiraçı Lazaret "LMV496" adlı yeni ixtirasını təqdim edib. Onun yeni ixtirası təyyarə mühərrikli motosikletdir.
Elektriklə işləyən "bayk" 10 dəqiqə ərzində uça bilir. Dörd təkəri olsa da, motosiklet formasında olan LMV496 10 dəqiqəlik havada qala bilmək gücünə malikdir.
Havalanan zaman təkərləri yana doğru açılan motosiklet görünüşcə dronu xatırladır. 1300 at gücündə olan motosikletin satış qiyməti 380 min funt sterlinqdir.
WebBikeWorld-ün yazdığına görə, motosikleti sürməzdən əvvəl azı 60 saniyə mühərriki qızdırmaq lazımdır. Motosiklet cəmi 1 metr havalana bilir.
1news.az
970