İranda Qasım Süleymani ilə vida mərasimi keçirilir | 1news.az | Xəbərlər
Dünya

İranda Qasım Süleymani ilə vida mərasimi keçirilir

14:02 - 05 / 01 / 2020
İranda Qasım Süleymani ilə vida mərasimi keçirilir

İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

Məlumata görə, artıq generalın cənazəsi İrana gətirilib. Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək.

Yanvarın 7-də isə general doğulduğu Kirman əyalətində dəfn ediləcək.

Report.az

S.Xankişiyeva

 

Paylaş:
921

Son xəbərlər

Bütün xəbərlər