Ərdoğan verilişdəki lal qızı Ankaraya dəvət etdi - VİDEO
Türkiyənin ATV kanalında yayımlanan "Kim milyonçu olmaq istəyir?" verilişinə damğa vuran iştirakçısı Ümmü Gülsüm Genci ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya dəvət edib.
1news.az axşam.az-a istinadən bildirir ki, 4 yaşında ikən keçirdiyi xəstəliyə görə danışa bilməyən 27 yaşlı gənc verilişdə suallara yazı lövhəsi vasitəsilə cavab verib. Ölkədə gündəmə çevrilən bu hadisə Ərdoğanın da diqqətindən yayınmayıb. Dövlət başçısı Gülsümlə sosial media üzərindən canlı yayımda görüşüb.
Ölkə rəhbəri ilə səmimi söhbətdə qız yenə demək istədiklərini yazı lövhəsinə yazaraq prezidentə göstərib. Ərdoğan isə Gencə gələcək həyatında uğurlar arzulayaraq, onu və ailəsini Ankara dəvət edib.
Qeyd edək ki, Ümmü Gülsem adıçəkilən proqramda apardığı mübarizə nəticəsində 125 min TL (36 min AZN) qazanıb.
1news.az